GEOSİYASİ PANİKA: “Sülhə Qafqaz formulu ilə nail olunsa, Ağ Ev ilə Kremlin işi qalmaz”backend

GEOSİYASİ PANİKA: "Sülhə Qafqaz formulu ilə nail olunsa, Ağ Ev ilə Kremlin işi qalmaz"

“Qafqazda sülhə nail olmaq üzrəyik. Barış olmasın deyə əldə-ayaqdan gedən iki güc var. Avropalılar bu sarıdan ayıq-sayıqdır. Ursula fon der Lyayen Bakıya kimi gedib çıxıb. Bolqarıstanda bir açılışa qatılıb. Avropa Komissiyasının sədri olan bu xanım hər dəfə Azərbaycan Prezidenti İlham Əliyevin sağında dayanıb”.

KONKRET.az xəbər verir ki, bu fikirləri dilə gətirən Türkiyədə fəaliyyət göstərən jurnalist Ardan Zentürk sadalananların səbəblərini də açıqlayıb. Yəni Avropa bilir ki, qitənin yüzillik enerji təhlükəsizliyini təmin edə biləcək ən önəmli mənbə Azərbaycandır. Buna görə də Avropa sülh səylərini artırır:

“Fəqət ABŞ ilə Rusiyanın məsələsi fərqlidir. Bu iki dövlət Cənubi Qafqazda enerji, var-dövlət axtarışında deyil. Onlar orada hegemonluq rəqabətindədirlər. Birləşmiş ştatlar Kremli regiondan sıxışdırıb çıxartmaq istəyir. Bu isə ortalığı qarışdırır”.

Ardan Zentürk İrəvan və Bakı rəsmilərinin Brüssel, ABŞ səfərləri, sülh üçün hansısa formul üzərində razılaşmaq cəhdləri fonunda Rusiya liderinin isə bütün bunları Qarabağdakı sülhməramlıların fəaliyyətinə son verilməsi, Kremlin bölgədəki təsir dairəsinin daralmasına hesablanmış manevr kimi görür. Onun Valdayda Qarabağla bağlı dedikləri də bunun təsdiqidir:

“Çünki Qarabağın bütünlüklə Azərbaycan torpağı kimi qəbul olunması Rusiyanın oradan çıxması deməkdir. Bəs Rusiya oradan çıxarmı? Əgər Türkiyə-Azərbaycan ittifaqı Ermənistanın Ağ Ev havasına oynamağına imkan versə, çıxmaz. Putin Ermənistanın baş bəlasına çevrilər. Ona görə də Ərdoğanla Əliyevin Paşinyanı Qafqaz çözümünə razılaşdırması çox önəmlidir. Türkiyə, Ermənistan, Gürcüstan və Azərbaycanın iştirakı ilə 4 dövlət qalıcı sülhə qafqazlı formulu ilə nail olsa, nə Rusiya, nə də ABŞ-ın deyəcək sözü qalar”.

Hazırda əsas problemlərdən biri bu həll planını hiss edən Ağ Ev və Kremlin antiterk siyasətdə ortaqlaşmasıdır. Digər çətinlik isə təcili Moskvaya çağırılandan sonra Arayik tayfasının Xankədidə Azərbaycanın tərkibində yaşamağa etiraz etmələridir. Arutyunyan Qarabağın ermənilər yaşayan hissəsinin ruslaşdırılmasına da razıdır. Sonda Ardan Zentürk ruslara maraqlı kinayə edib:

“Hər yanı ruslaşdıraq deyirlər. Sanki o qədər də çox rus var axı. Dünyanın ən böyük ölkəsində 145 milyon adamsınız. Hara köçürsünüz ki? Əvvəlcə öz ölkənizi doldurun”, – deyə jurnalist istehza edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*