Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Valeri Gerasimov bildirib ki, ABŞ və Avropa İttifaqı Gürcüstanı öz əlində saxlamağa və Ermənistanı təsir orbitlərinə çəkməyə çalışır.
KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb:
“Cənubi Qafqazda vəziyyət ağır olaraq qalır. Qeyri-regional oyunçuların, ilk növbədə ABŞ və Avropa İttifaqının regionda mövqelərini möhkəmləndirmək, Gürcüstanı saxlamaq və Ermənistanı öz təsir orbitinə çəkmək istəyi həmin dövlətlərin inkişafına təsir göstərir”. Gerasimov daha sonra vurğulayıb ki, Qərb Gürcüstanda etiraz aksiyalarını maliyyələşdirmək yolu ilə vəziyyətə nəzarət etməkm istəyir: “Qərbin destruktiv hərəkətlərindən fərqli olaraq, Rusiya bu regionda konstruktiv tədbirlər görür”, – deyə Gerasimov qeyd edib.
Vəli Həsənoğlu,
KONKRET.az