Gerdin: “Paşinyan həm Rusiyanın, həm də Azərbaycanın səbrini daşdırıb”backend

Gerdin: "Paşinyan həm Rusiyanın, həm də Azərbaycanın səbrini daşdırıb"

Rusiyanın patronajlığı altında keçirilən beynəlxalq tədbirləri boykot edən Ermənistanın ilin son siyasi toplantısında Rusiyaya gələcəyi müzakirə mövzusudur. Siyasi elmlər doktoru, Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri Tatyana Poloskovanın fikrincə, söhbət Avrasiya İqtisadi İttifaqının iclasından gedirsə, Paşinyanın orada iştirakı həm Rusiya, həm də Ermənistan üçün prinsipial məsələdir.

O xatırladıb ki, 2023-cü il dekabrın 22-də “Rosakkreditasiya” Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin Akkreditasiya Orqanları Rəhbərləri Şurasına sədrliyini Ermənistana verib: “Bundan əlavə, Milli Assambleyanın sədri Alen Simonyan bu il dekabrın 22-də ölkənin 2024-cü ildə Aİİ-yə mümkün sədrliyini elan edib. Simonyan bəyan edib ki, Ermənistan KTMT-nin işini iflic etmək niyyətində deyil, lakin İrəvan yalnız erməni maraqlarına zidd olmayan sənədləri ratifikasiya edəcək. Bu vəziyyətdə Paşinyanın Sankt-Peterburqdakı tədbirlərdə iştirakdan imtinası kobud siyasi demarş xarakteri alır və Rusiya ilə münasibətlərə ciddi zərbə vura bilər. Qərbin hələ də rəsmi İrəvana verdiyi vədləri həyata keçirməyə tələsmədiyini nəzərə alsaq, belə konfiqurasiyanın ona sərf edəcəyi ehtimalı azdır”.

T.Poloskovanın sözlərinə görə, Paşinyan dəfələrlə məntiqsiz davranış nümayiş etdirib və bununla da Rusiyanı qıcıqlandırıb: “Amma bu halda Ermənistan Ali Avrasiya İqtisadi İttifaqının iclasında iştirak etməkdə maraqlıdır. Əks halda, Rusiya ilə münaqişə sərt qarşıdurma mərhələsinə keçəcək. Ermənistan buna iqtisadi cəhətdən dözməyəcək”.

Rusiyalı politoloq Vladislav Gerdinin fikrincə, son aylar Paşinyanın qeyri-adekvat davranışı həm Azərbaycanın, həm də Rusiyanın səbrini daşdırıb. Amma həm Bakı, həm də Moskva Paşinyana siyasi hərəkətlərini korrektə etməyə çağırıb: “Görünür, Bakı və Moskvanın erməni tərəfinə qarşı öz iddiaları var. Amma Azərbaycan və Ermənistanın birgə bəyanatından sonra biz erməni tərəfinin yeni dağıdıcı hərəkətlərini görürük. Yenidən manipulyasiyalar, konsepsiyaların dəyişdirilməsi başlayır və İrəvandakı siyasətçilər revanşist bəyanatlar səsləndirirlər. Bu mənada Paşinyan və onun kabineti Bakı və Moskvanın ehtimal reaksiyasını açıq-aydın qiymətləndirmir”.

Politoloqun fikrincə, Paşinyan artıq qırmızı xəttə çatıb və bundan sonra reallıq Ermənistan üçün sürətlə dəyişə bilər: “Ermənistanın baş nazirinə dekabrın sonunda Rusiya XİN nümayəndəsi Sankt-Peterburqa səfər etmək barədə rəsmi təklif göndərib. İrəvana göndərilən sənəddə yazılıb: “Biz ümidvarıq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyası prezidentinin dəvətini qəbul edəcək və dekabrın 25-26-da Sankt-Peterburqa gələcək. Bütün suallarınızı orada verə bilərsiniz”.

Təklif qəbul edilməsə, onunla başqa cür danışmağa başlayacaqlar. Moskva Paşinyanı çox sərt şəkildə sındıra bilər. Nikol Vovaeviç isə Rusiyanın hər hansı tədbirlər görəcəyinə inanmır.

Görünür, o, Moskvanın kritik gərginlik anını lazımınca qiymətləndirmir. Fakt budur ki, Kremlin alətləri birbaşa Paşinyanın daxili reytinqinə təsir edə bilər. Məsələn, əgər Rusiya Ermənistandakı infrastrukturunu kəskin şəkildə məhdudlaşdırmağa başlasa, Ermənistan üçün acı nəticələri olacaq. Bura dəmiryolu və qaz sənayesi daxildir. Ermənistanın elektrik enerjisinin təxminən üçdəbirini təmin edən Metsamor Atom Elektrik Stansiyasının işini faktiki olaraq “Rosatom” idarə edir.

Bu sənayelərdən heç olmasa biri fəaliyyətini dayandırsa, Ermənistan cəmiyyəti günahkar axtarmağa başlayacaq. Və sonra Paşinyan Qərb dəyərlərinə sadiqliyi barədə çox düşünməli olacaq”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*