Prezident İlham Əliyevin Sərəncamı ilə Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
KONKRET.az modern.az-a istinadla xəbər verir ki, Hüseyn Hüseynov Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayevanın həyat yoldaşıdır.
Cütlüyün iki övladı var.
Qeyd edək ki, Hüseyn Hüseynov 19 aprel 2021-ci ildən Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışırdı.