“Global Media Group” 3 ISO sertifikatı ALDIbackend

Global Media Group” 3 ISO sertifikatı ALDI

Düzgün fəaliyyət siyasətinə əsaslandıqları üçün “Global Media Group” MMC-nin tərkibində olan şirkətlər – “Report” İnformasiya Agentliyi, “Oxu.Az” xəbər saytı, “Baku TV” yayım portalı və “Global Management” MMC autsorsinq şirkəti ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüb.

KONKRET.az xəbər verir ki, bu, şirkətlərin keçdikləri ilk ISO auditinin nəticəsində baş verib.

“Global Media Group” tərkibində fəaliyyət göstərən bu şirkətlər artıq inteqrasiya olunmuş idarəetmə sistemini – proses, təcrübələr və sənədlərlə birlikdə keyfiyyət, ətraf mühit və əməyin mühafizəsi və təhlükəsizliyinə yönəlmiş praktikaları – tətbiq edirlər. İnteqrasiya olunmuş idarəetmə sistemləri özündə ISO-9001, ISO-14001 və ISO-45001 standartlarını birləşdirir.

“Global Media Group” hazırda 160-dan çox ölkədən olan bir milyondan çox təşkilatda rəhbər tutulan beynəlxalq standartların tələblərini öz şirkətlərində tətbiq edir. ISO – məhsulların və proseslərin təhlükəsiz, səmərəli və davamlı olmasını təmin etmək üçün müxtəlif sahələrdə standartların hazırlanmasında dünya lideridir.

Sözügedən sertifikatların tətbiqi rəhbərlik tərəfindən verilən qərar və əmr ilə başlayır, sonra fəaliyyət planı hazırlanır. Həmin plan çərçivəsində əməkdaşlar üçün yaradılan münbit iş şəraiti, təşkilatda effektiv, keyfiyyətli idarəçiliyə nail olmaq üçün tələb olunan bütün nüanslar nəzərə alınır. Həyata keçirilən prosedurların sənədləşdirilməsi, nəzərdən keçirilməsi, rəhbərliyin məsuliyyətləri, insan resursları və təşkilatın iş mühiti də daxil olmaqla resursların idarə edilməsi beynəlxalq standartlara görə təşkil olunur. Daxili audit, düzəldici və qabaqlayıcı tədbirlər kimi vasitələr ilə fəaliyyətin ölçülməsi, təhlili, təkmilləşdirilməsi və s. amillər standartlar daxilində həyata keçirilməyə başlanır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*