“Global Media Group”dan haker hücumu ilə bağlı AÇIQLAMAbackend

“Global Media Group”dan haker hücumu ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda bir sıra informasiya resursları kütləvi haker hücumuna məruz qalıb. Hazırda həmin saytlara giriş məhdudlaşıb.

Hadisə ilə bağlı “Global Media Group” açıqlama yayıb.
KONKRET.az həmin açıqlamanı təqdim edir:
“Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilir.
Bu kiberhücumlarla əlaqədar hazırda “Report.Az”, “Oxu.Az”, “Media.Az”, “Baku.ws”, ”Caliber.Az” saytlarının və “Baku TV”nin fəaliyyətində problem yaranıb.
Serverlərə və saytların panelinə sızmalara cəhd edilir və saytların giriş səhifələrinə şəkillər yerləşdirilir.
Kütləvi kiberhücumların cəhdinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.  Mütəxəssislər hazırda saytların işinin bərpa olunması istiqamətində çalışır.
Xüsusi qeyd etmək istərdik ki, bu adi DDOS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur.
Eyni zamanda, bütün bu hücumlarla bağlı səlahiyyətli qurumlara məlumat verilib. Problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*