“Gömrük Komitəsi insanların canını boğazına yığıb, özündən mala qiymət qoyur” – ETİRAZbackend

“Gömrük Komitəsi insanların canını boğazına yığıb, özündən mala qiymət qoyur” - ETİRAZ

“Dövlət Gömrük Komitəsi cari ilin yanvar-mart ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 119,55 faiz əməl edib. Nəzərdə tutulan proqnozdan əlavə 153,5 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub”.  Bu barədə məlumat Komitə sədri Səfər Mehdiyevin açıqlamasında yer alıb.  

İqtisadçı Natiq Cəfərli KONKRET.az-a açıqlamasında Komitə sədrinin səsləndirdiyi rəqəmlərlə bağlı maraqlı məqamlara diqqət çəkib: “Səfər Mehdiyev elə bil özəl müəssisə direktorudur, şirkət rəhbəridir, sanki istehsal edir, beyni, ağılı, biliyi ilə pul qazanır ki, fəxrlə belə bəyanat verir. Gömrük komitəsi yığdığı hər manat mənim – vətəndaşın cibindən gedir. Siz guya mesaj verirsiniz ki, daha düz işləyirik, çox pul yığırıq, bizi ləğv etməyin, nazirliyə birləşdirməyin… Bu da absurddur. Çünki Gömrük Komitəsi insanların canını boğazına yığıb və bütün növ mallara xaricdə alınan rəsmi qaimələri (invoice) tanımır. Özündən mala qiymət qoyur, şişirdilmiş qiymətlə rüsum hesablayıb insanları yükləyir, sonra da çıxıb pandemiya, iqtisadi aktivliyin azaldığı dövrdə daha çox pul yığdığını deyir”.

Natiq Cəfərli Respublikaçı Alternativ Partiyası Prezident və hökumət nümayəndələri işğaldan azad edilmiş torpaqlara yönəlmiş “ağıllı şə… in 2021 | Men's blazer, Blazer, Men

Natiq Cəfərli əlavə edib ki, iş adamı rüsumu cibindən vermir, bütün xərcləri malın qiymətinin üzərinə gəlir, son ödəyici isə vətəndaş olur. Gömrük Komitəsinin əhalidən plandan artıq yığdığı pula görə də, bazarda qiymətlər artır.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*