Gömrük Komitəsinin ləğvi məsələsi – “Bataqlığa öyrəşmişlər onu qurutmayacaqlar”backend

Gömrük Komitəsinin ləğvi məsələsi – “Bataqlığa öyrəşmişlər onu qurutmayacaqlar”

 

Dövlət Gömrük Komitəsinin strukturlarının işindən narazılıq və giley-güzarlar yenidən artmaqdadır Təxminən 8-9 ay idi ki, bu barədə susqunluq vardı. Bunun əsas səbəbi o idi ki, DGK-nın yeni rəhbərliyi gömrük sistemindəki neqativ halları bacardıqca minimuma endirmişdi.

Belə məlum olur ki, neqativ halları sıfırlamaq və tamamilə yox etmək mümkün olmayıb. Sadəcə, uzun illər “aldıqlarının içində dövlət büdcəsinə keçirilən rüsumlar” (ifadə DGK-nın sabiq sədri Tahir Əliyevə məxsusdur – 1994) da olan bəzi gömrükçülər bir müddət suyun dibinə çəkilərək ortalığın yenidən bulanmasını gözləyiblər və ajiotaj səngiyəndən sonra bildikləri kimi işləməyə başlayıblar.

Bundan başqa, daha bir narazılıq qanuni eüsumların ifrat həddə olmasındandır.

Bu günlərdə jurnalist Aqil Ələsgər sosial şəbəkədə gömrük sisteminin işi ilə bağlı düşüncələrini yazıb. Jurnalistin statusu aşağıdakı kimidir: “O gün yol gedərkən, taksi şoferi deyir ki, ABŞ-dan 4 min dollara maşın aldım, 2 min dollar da gətirilməsinə verdim. Gömrük Komitəsi maşının “rastamoşkası” üçün 8 min dollar aldı. Məncə, Azərbaycanda sahibkarlığa qarşı ən böyük əngəl məhz Gömrük Komitəsi və onun əli qılınclı 36 faizi dayanır. Bəli, gömrükdə oğurluğun qismən önünə keçildi, fəqət bu faizlər olduqca yüksəkdir. Ayrıca, illərlə o bataqlığa öyrəşmişlərin bataqlığı qurudacaqları heç inandırıcı görünmür. Ona görə də, ən yaxşısı dünya praktikasında olduğu kimi bu komitənin ləğv edilərək, Vergilər Nazirliyinə birləşdirilməsidir”.

Bənzər təkliflər başqa iqtisadçıların dilindən də səslənir. Görünür, bu variantı sınaqdan keçirmək artıq günün tələbidir.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*