Gömrük məlumatlarının standartlaşdırılması sahəsində bölgədə LİDER kimdir?backend

Gömrük məlumatlarının standartlaşdırılması sahəsində bölgədə LİDER kimdir?

Bu gün Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya İrəvanda keçirilən “Sərhədlərarası əməkdaşlıq və ticarətin asanlaşdırılması üçün rəqəmsal həllər” forumunda çıxış edərkən bildirib ki, “gömrük məlumatlarının standartlaşdırılması sahəsində Ermənistan çox inkişaf edib və hazırda regionda liderdir”.

KONKRET.az bildirir ki, Mikuriyanın sözlərinə görə, sərhəddə çətinliklər yaşandıqda, həmişə gömrük xidməti tənqid olunur, lakin çox vaxt bu, infrastruktur problemləri ilə əlaqədardır və bunların bəziləri Ermənistanın uğur qazandığı və bölgədə lider olduğu gömrük məlumatlarının standartlaşdırılması sahəsində rəqəmsal texnologiyaların tətbiqi və “vahid pəncərə” sisteminin köməyi ilə həll edilə bilər.

“Rəqəmsal gündəliyin həyata keçirilməsinin istiqamətləri və metodları: müxtəlif ölkələrin gömrük xidmətlərinin, gömrük xidmətləri və digər dövlət idarələrinin, gömrük xidmətləri və biznesin qarşılıqlı əlaqəsi. Qarşılıqlı əlaqələrin rəqəmsallaşdırılması sərhəddə dövlətin nəzarət funksiyalarının asanlaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir, bu da malların hərəkətinin şəffaflığını və proqnozlaşdırılmasını təmin edir”, – deyə Kunio Mikuriya vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*