“Google”dan XƏBƏRDARLIQ – Şifrənizi dəyişdirinbackend

"Google"dan XƏBƏRDARLIQ - Şifrənizi dəyişdirin

Google son dövrlərdə artan məlumat sızmaları və fişinq hücumları səbəbindən 2,5 milyard Gmail istifadəçisinə bir neçə dəfə xəbərdarlıq göndərib.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, şirkət hesabların təhlükəsizliyi üçün şifrələrin yenilənməsi və iki mərhələli identifikasiyanın (2FA) aktivləşdirilməsi vacib olduğunu bildirib.

Şirkətin iyul və avqust aylarında göndərdiyi bildirişlərdə hakerlərin istifadəçiləri saxta e-maillərlə aldadaraq giriş məlumatlarını ələ keçirməyə çalışdığı qeyd olunub.

Bu tədbirlər istifadəçilərin hesablarını kiberhücumlara qarşı qorumağa kömək edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*