Google işçilərini ofislərə qaytarmaq niyyətindədirbackend

Google işçilərini ofislərə qaytarmaq niyyətindədir

Google şirkətinin bəzi işçiləri iyulun əvvəlində bir çox şəhərdəki ofislərinə qayıda biləcəklər. Bu barədə şirkətin baş direktoru Sundar Piçai bildirib.  Eyni zamanda, o, hansı şəhərlərin müzakirə olunduğunu açıqlamayıb.

KONKRET.az xəbər verir ki, məlumatı CNN telekanalı yayıb.

Piçai qeyd edib ki, “Google”nin ofislərinin əvvəlcə 10 faiz məkanından istifadə ediləcək. Sentyabr ayına qədər işçilərə ofis sahəsinin 30% -ni doldurmaq icazəsi veriləcək.

“Sosial məsafə və sanitariya qaydalarına uyğunluğu təmin etmək üçün ciddi əməyin mühafizəsi və təhlükəsizlik tədbirləri görəcəyik. Buna görə də ofis ayrıldığınız zamanda olduğundan fərqli görünəcək” deyib Piçai.

“Google”nin ofislərinin yenidən açılmasına başlamaq qərarı Twitter və “Facebook”un qərarından fərqlidir, çünki bu şirkətlər uzaqdan işləmək təklifini dəstəkləyirlər.

Daha əvvəl Google və Facebook işçilərinin ilin sonuna qədər uzaqdan çalışacağını bildirilmişdi.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*