Google şirkəti də öz əməkdaşlarına icazə verdi – evdən işləyəcəklərbackend

Google şirkəti də öz əməkdaşlarına icazə verdi – evdən işləyəcəklər

ABŞ-ın Google şirkəti ABŞ-dakı əməkdaşlarına COVID-19 koronavirusuna yoluxma riskini azaltmaq üçün evdən işləməyi tövsiyə edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı CNBC telekanalı şirkət nümayəndəsinə istinadən yayıb.

“Şimali Amerikadakı bütün ofislər, mümkünsə, evdən işləməyə dəvət olunur. Məqsədimiz, mütəxəssislərin məsləhətinə görə, “COVID-19″un yayılmasının qarşısını almaqdır”. Kanal Google nümayəndəsindən sitat gətirir.

Martın 10-na olan məlumata görə, ABŞ-da koronavirusa 709 yoluxma hadisəsi qeydə alınıb, 22 nəfər ölüb.

Yeni koronavirus xəstəliyi 2019-cu ilin dekabr ayının sonunda Çinin Uxan şəhərində qeydə alınıb. ÇXR xaricində ən çox yoluxanlar İtaliya, Cənubi Koreya və İrandadır.

Daha əvvəl Twitter şirkəti də işçilərinə evdən çalışmağı tövsiyə edib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*