“Google Translate”ə 110 yeni dil əlavə olunacaqbackend

“Google Translate”ə 110 yeni dil əlavə olunacaq

Google” texnologiya korporasiyası “Google Translate” onlayn tərcüməçisinə 110 yeni dil əlavə edəcək.

KONKRET.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda deyilir.

“İstifadə etdiyimiz dillərin sayını artırmaq üçün süni intellekt texnologiyasından istifadə edirik. Nəhəng PaLM 2 dil modelimizlə tariximizdəki ən böyük genişlənmə olan “Google Translate”ə 110 yeni dil əlavə edəcəyik”, – məlumatda qeyd olunub.

Əlavə olunacaq dillər arasında avar, başqırd, buryat, çeçen, çuvaş, osetin, udmurt, çukça, tuvan, yakut, krım-tatar, tibet, portuqal (Avropa versiyası), şimali sami, breton və s. var.

Qeyd edilir ki, ümumilikdə bu dillərdə 614 milyon insan və ya dünya əhalisinin 8%-i danışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*