“Google” Android proqramlarının yayılmasına qoyulan məhdudiyyətlərə görə ABŞ-ın antiinhisar iddiasını təmin etmək üçün 700 milyon dollar ödəməyə razılaşıb.
KONKRET.az xəbər verir ki, İT nəhəngi “Play Store” tətbiq mağazasında rəqabəti artıracağını vəd edib.
Razılaşmaya əsasən, “Google” istehlakçıların hesablaşma fonduna 630 milyon dollar ödəyəcək və 70 milyon dolları əyalət hökumətləri tərəfindən istifadə ediləcək bir fonda yönəldəcək.
İstehlakçılar minimum 2 ABŞ dolları alacaq və 16 avqust 2016-cı il, 30 sentyabr 2023-cü il tarixləri arasında “Play Store” xərclərinə əsasən əlavə ödənişlər əldə edə biləcəklər. ABŞ-ın 50 ştatı, eləcədə Kolumbiya, Puerto-Riko və Virgin adaları da bu sazişə qoşulub.
Korporasiya “Android” əməliyyat sistemi ilə işləyən cihazlarda əlavələrin paylanmasını məhdudlaşdırmaqla və xidmətlərdə aparılan əməliyyatlara görə həddən artıq rüsum qiymətlərini şişirtməkdə ittiham edilib.
“Google” rəsmiləri satınalmalar üçün alternativ hesablama üsulları təqdim etməklə proqram və oyun tərtibatçılarını gücləndirdiyini deyib. Şirkət həmçinin bir ildən çoxdur ki, ABŞ-da istifadəçilər üçün seçim billinq sistemini sınaqdan keçirdiyini bildirib. Tənzimləmənin bir hissəsi olaraq “Google” proqramların birbaşa tərtibatçılardan endirilməsini asanlaşdıracağını vəd edib.
Dekabrın birinci yarısında “Epic Games” “Google”ya qarşı məhkəməni udub. Məhkəmə müəyyən edib ki, “Google”nin “Play Store” və “Google Play Billing” ödəniş xidmətləri arasında qeyri-qanuni əlaqəsi var. “Project Hug”ın oyun yaradıcıları ilə paylama müqaviləsi və OEM-lər ilə sövdələşmələri rəqabətə zidd olduğu aşkar edilib.
Vəli Həsənov,
KONKRET.az