Goranboy rayonunda iki nəfər dəm qazından boğularaq ölüb.
KONKRET.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ağcakənd ərazisində qeydə alınıb.
Yerli sakinlər Sevil Səlimova (1979) və Xumar Səlimova (1972) dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
APA-nın məlumatına görə, 52 yaşlı Xumar Səlimovanın Xocalı faciəsi zamanı atası və 3 qardaşı şəhid olub.
Qardaşı Araz Səlimov Azərbaycanın Milli Qəhrəmanıdır.