Goranboyda avtomobil təmiri sexində yanğın olub.
KONKRET.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, hadisə rayon ərazisindən baş verib.
Belə ki, avtomobil təmir sexində anidən yanğın olub .Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
Yanğın zamanı təmir sexi və içəridə olan “VAZ” markalı minik maşını yanıb. Yanğın söndürülüb. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.