Görüntüləri bütün dünyaya yayılan İsraildə yoxa çıxan alman qadın Şani Luk Qəzza zolağında xəstəxanada ağır vəziyyətdədir.
KONKRET.az xəbər verir ki, bu barədə onun anası Rikarda Lukun Tagessşau tərəfindən dərc olunan videomüraciətində məlumat verilib. Ananın sözlərinə görə, qızının təcili təxliyə edilməsi lazımdır.
“Biz Şaninin sağ olması barədə məlumat aldıq, lakin o, ağır kəllə-beyin travması alıb və vəziyyəti kritikdir”.
Qeyd edək ki, bundan əvvəl HƏMAS yaraqlılarının yük maşınında yatan qadının musiqi festivalı üçün İsrailə gələn Almaniya vətəndaşı olduğu üzə çıxıb. Qızın əmisi oğlu The Washington Post-a deyib ki, Şani İsraildə Reim yaxınlığında keçirilən Nova festivalında olub.