“Məsləhət belə olub” – YAP-ın namizədlər siyahısına düşməyən deputat DANIŞDIbackend

“Məsləhət belə olub” - YAP-ın namizədlər siyahısına düşməyən deputat DANIŞDI

Yeni Azərbaycan Partiyası (YAP) deputatlığa namizədlər siyahısını açıqlayıb. Hakim partiya mövcud 125 Seçki Dairəsinin hər biri üzrə namizədinin kimliyinə aydınlıq gətirib.

Namizədlər siyahısında adı olmayanlardan biri də deputat Cavid Osmanovdur.

Bununla bağlı KONKRET.az-a danışan Cavid Osmanov belə məsləhət bilindiyini deyib:

“YAP-ın namizədlərinə uğurlar arzu edirəm. Əminəm ki, YAP möhtəşəm qələbə qazanaraq parlamentdə çoxluq təşkil edəcək. V, VI çağırışda namizədliyim irəli sürülüb və dəstəklənmişdi. İki çağırış millət vəkili olmuşam. O zaman məsləhət elə idi, bu gün isə məsləhət belədir. Əlbəttə, bundan sonra da möhtərəm cənab Prezidentimizə və Yeni Azərbaycan Partiyasına sədaqətlə xidmət edəcəyəm”.

Aygün Mirakif

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*