Görünüş məsafəsi 500 metrədək məhdudlaşırbackend

Görünüş məsafəsi 500 metrədək məhdudlaşır

Martın 22-si saat 17:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə, belə ki, Naftalan, Goranboy, Ceyrançöl, Şəmkir, Tovuz, Ağstafa, Gəncə, Qəbələ, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Yardımlı, Lerik, Lənkəran, Astara, Şəki, Qax, Zaqatala, Balakən və Oğuzda fasilələrlə yağış yağır.

Göygöl, Gədəbəy və Daşkəsəndə isə arabir qar yağması müşahidə olunur.

Daşkəsən, Göygöl, Balakən, Qax Şəki, Qəbələ, Oğuz və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*