Göyçayda bıçaqlanma hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə nəticəsində Rayonun Mırtı kəndində 17 yaşlı N.N şəxsi münasibətlər zəminində aralarından yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla həmyaşıdı H.H-ya xəsarət yetirib.
Əməli törədən şəxs saxlanılaraq izahatı alınıb, xəsarətlə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub.
Faktla bağlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir.