Göyçayda güclü yanğın BAŞ VERDİbackend

Göyçayda güclü yanğın BAŞ VERDİ

Göyçay rayon Bahəddin Mirzəyev küçəsində sahibkar 1979-cu il təvəllüdlü Mustafayev Samir Vidadi oğluna məxsus yeşik düzəldilən sexdə yanğın baş verib.

KONKRET.az Bizim.Media-ya istinadən xəbər verir ki, yanğın zamanı sexin 300 kv metr ərazisi içərisindəki invertarlarla birlikdə yanıb.

Hadisə yerinə FHN-nin Göyçay Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Yanğının yeşik sexinin emal hissəsində başladığı və qısaqapanmadan baş verdiyi bildirilir.

Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*