Göyçayda qaydaları pozan toy sahibləri cərimələndi – FOTObackend

Göyçayda qaydaları pozan toy sahibləri cərimələndi - FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Ləkçıplaq kənd sakinləri Rauf Səmədov və Eyvaz Səmədov, eləcə də şəhər sakini Toğrul Dəmirova məxsus fərdi yaşayış evlərində keçirilən toy məclislərində iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu məlum olub.

Toy sahibləri ilə profilaktik söhbətlər aparılıb, karantin qaydaları bir daha onların diqqətinə çatdırılıb. Həmin şəxslər barəsində protokol tərtib olunaraq cərimələniblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*