GÖYƏRÇİN CİLDLİ KƏRKƏS – Naxçıvanda doğulmuş Njde kimdir?backend

GÖYƏRÇİN CİLDLİ KƏRKƏS – Naxçıvanda doğulmuş Njde kimdir?

Prof. Ramazan SİRACOĞLU

Özünü ictimaiyyətə demokrat kimi tanıdaraq Ermənistanda iqtidara gəlmiş N.Paşinyan MDB başçıları şurasının Aşqabadda keçirilən sonuncu iclasında insanlığa, ilk növbədə isə türklərə qənim kəsilmiş Njde ləqəbli cani (Njde sözü ermənicədə “sərgərdan, sərsəri, səfil” anlamındadır) haqqında heyranlıqla danışaraq onu repressiya qurbanı kimi tanıtmağa çalışmışdır. Bəzi sözdə liberallarımız bizim milli qəhrəmanlarımızı görməzdən gələrək onların haqqında sayqısız danışdıqları bir zamanda ermənilər bütün ömrü boyu türklərin qanını axıtmış, yaşayış məskənlərini viranə qoymuş, maddi-mədəniyyət nümunələrini talan etmiş, türk əsillilərin var-dövlətinə, tarixi ərazilərinə sahib çıxmış, erməniləri hər gün türklərə qarşı mübarizəyə səsləmiş kərkəs xislətli Njdeni göyərçin kimi barış rəmzi olaraq təqdim etməyə başlayıblar. Bu yazıda Njde haqqında həqiqətlərin bəzilərini açıqlamağa ehtiyac duyduq.

njde

Sənədlərə görə, 1886-cı ildə Naxçıvanda doğulmuş, 1894-1902-ci illərdə orda oxumuş, əsl adı Arakel olan Arutyunyan (sonralar özünü əsilzadələrdən göstərmək məqsədi ilə familyasını Ter Arutyunyan şəklində dəyişdirmişdir) Njde Qaregin Yeqişeviç əli silah tutandan bəri saysız-hesabsız cinayətlərin iştirakçısı və təşkilatçısı olub. Bu “xidmətləri” sayəsində Culfadan Peterburqa qədər müxtəlif həbsxanalarda “dincəlmək” şərəfinə də layiq görülmüşdür. Peterburqda universitetdə oxuduğu zaman törətdiyi növbəti cinayətə görə 1909-cu ildə universitetdən qovulan, polis tərəfindən axtarılan və yaxalandığı təqdirdə Sibirə sürgün ediləcəyi qorxusundan Njde havadarlarının köməyi ilə gizli şəkildə Bolqarıstana qaçmışdır (Sonralar isə o özü bu hadisəni siyasi fəaliyyəti ilə əlaqələndirmişdir.). Balkan savaşı zamanı Andraniklə birlikdə türklərə qarşı vuruşmuşdur. I Dünya Müharibəsi başlayanda çar hökumətinin vermiş olduğu əfvdən yararlanaraq geri qayıtmış, silahlı dəstə yaradaraq Anadolu və Azərbaycan türklərinə xüsusi amansızlıqla divan tutmağa başlamışdır. 1918-21-ci illərdə Zəngəzur, Gümrü, Vedi və Qarabağda törətdiyi cinayət əməllərinin bir qismi məhkəmə sənədlərində də təsbit edilmişdir. Məsələn, istintaqda şahid qismində dindirilən Xoylunts Arsen Arutyunoviç adlı şəxs “Njdenin Zəngəzurdakı əməlləri barədə nə bilirsiniz?” sualına belə cavab vermişdir: “В 1919-1920гг. под руководством Нжде, который командовал вооружёнными силами дашнакской армии в Кафанском районе, были уничтожены десятки азербаджанских сёл Кафанского и близлежащих районов и истреблены тысячи мирных жителей этих сёл – 1919-1920-ci illərdə Njdenin komandanlıq etdiyi daşnak ordusunun silahlı birlikləri Qafanda və onun civarında yerləşən ərazilərdə onlarca azərbaycanlı kəndini dağıtmış və burada yaşayan minlərlə dinc əhalini məhv etmişdir.” (Bax: Протокол допроса свидетеля Хойлунца Арсена Арутюновича от 16-го сентября 1947г.)

1921-ci ilin iyun ayından Zəngəzurda raykom katibi işləmiş şahid Xoylunts bildirmişdir ki, Njde 1920-ci ilin axırı, 1921-ci ilin başlanğıcında təkcə Tatevos ərazisində 400-dən çox azərbaycanlını qayadan uçuruma atmışdır. Njde özü istintaq zamanı öz əməllərinə haqq qazandırmaq üçün qətlə yetirilənlərin azərbaycanlı deyil (?), türk olduqlarını söyləmişdir: “Свидетели Хойлунц и Джанунц имеют в виду расстрелянных и сброшенных татевской скалы около 200 турок из отряда Завал паши, которых использовала советская власть против нас. Хочу отметить, что отряд Завал паши был мною разгромлен – Xoylunts və Canunts adlı şahidlər Tatevos qayasından atılmışlar və güllələnmişlər haqqında bəhs edərkən sovet hökumətinin bizə qarşı istifadə etdiyi Zaval Paşanın dəstəsindən olan 200-dək türkü nəzərdə tutmuşlar. Bildirmək istəyirəm ki, Zaval Paşanın dəstəsi mənim tərəfimdən darmadağın edilmişdir.” ( Bax: Протокол допроса обвиняемого Тер-Арутюняна Гарегина Егишевича от 19-го сентября 1947г.)

Njde ömrü boyu türklüyə qarşı vuruşmuş, Fransada, Amerikada, Rusiyada, Türkiyədə, İranda, Azərbaycanda, Bolqarıstanda, Makedoniyada və Serbiyada türk qanı axıtmaqdan xüsusi ləzzət almış, hər yerdə Türkiyəni düşmən bilmişdir.

Bunu o özü 1954-cü ilin fevral ayının 26-da cəza çəkdiyi Vladimir həbsxanasından SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri K.Y.Voroşilova ünvanladığı əfv olunmaq haqqında yazdığı ərizədə ifadə etmişdir: “Моя жизнь была борьбой против феодальной Турции, исторической убийцы народов и культур – Mənim ömrüm xalqların və mədəniyyətlərin tarixi düşməni feodal Türkiyəsinə qarşı mübarizədə keçmişdir.” (Bax: Закрытое. Председателю Президиума Верховного Совета ССР Гражданину К. Е. Ворошилову от з/к Тер-Арутюняна Г. Егишевича заявление.)

njde qaregin y n.az_1ut_142

Arxiv materialları təkzibolunmaz faktlarla sübut edir ki, yaşadığı hər yerdə ondan türklərə qarşı bir alət kimi istifadə etmişlər. Məsələn, hələ I Dünya Müharibəsi başlayanda çar hökuməti Njdeni bir şərtlə əfv edir ki, o, Osmanlı dövlətinə qarşı fəaliyyət göstərsin. Ermənlərin fəxri olan Njde bu barədə belə yazmışdır: “Накануне мировой войны, получив амнистию от царского правительства, я вернулся с условием участвовать в боевых действиях против Турции – Dünya müharibəsi ərəfəsində Türkiyəyə qarşı vuruşmaq şərti ilə mən çar hökumətindən əfv olunaraq geri qayıtdım. ( Bax: Архив Министерство Национальной Безопасности Армении, дело N11278, т. 4)

Njde I Dünya Savaşında da Osmanlı dövlətinə qarşı “şücaətlə” vuruşduğunu gizlətmir: “Я был заместителем командира 2-го армянского добровольческого батальона, в последующем командовал отдельной армяно-езидским подразделением – Mən erməni könüllülərindən ibarət 2-ci batalyonun komandir müavini olmuşam, daha sonra əlahiddə erməni-yezid bölməsinə komandirlik etmişəm.”

İranda və Fransada qaçıb gizlənən, daha sonra erməni lobbisinin köməyi ilə Amerikaya gedən Njde heç vaxt türklərə olan nifrətini gizlətməmişdi. Daha sonra maraqlı qüvvələrin yardımı ilə Bolqarıstanda vətəndaşlıq statusu qazanan, orada da daim türklərə qarşı terrorist hərəkətlər edən Njde II Dünya Müharibəsi ərəfəsində könüllü şəkildə faşistlərə xidmət göstərməyə girişdi. Erməni lobbisinin yardımı ilə özünün uydurduğu “tsexakronutyun” ideyası haqqında A.Hitlerə bilgi verdi. Bu ideyaya görə, ermənilər ari irqə mənsubdurlar və onların tarixi ərazilərinin bərpasında dünya dövlətləri onlara yardım etməlidirlər. SSRİ-nin, İranın və Türkiyənin ərazisində mifik böyük erməni dövlətinin yaranacağı xəyalı ilə Njde II Dünya Müharibəsində SS (Schutzstaffel) qoşunlarında (Waffen SS) erməni hərbi fərarilərindən və əsirlərindən ibarət xüsusi könüllülər dəstəsi təşkil etmişdir. Onun ideyası və təşəbbüsü ilə 1942-ci ilin yayında “Gertruda” kod adıyla Bolqariya və Almaniyanın bərabər şəkildə Türkiyəyə hücum planı müzakirə edilib hazırlanmışdı (Bax: Kurt Mehner. Germany. Oberkommando der Wehrmacht, Bundesarchiv, 1944, s.51). Amma hadisələrin gedişi Njdenin arzularını ürəyində qoydu. Xeyli müddət təkəbbürlə mundirində SS devizi (“Meine ehre heißt treue – Şərəfim sədaqətimdir”) daşıyan Njde rastlaşdığı ilk çətinlikdə çox asanlıqla almanlara verdiyi sözü, vədi, içdiyi andı unutdu.

Njde qısa zamanda mühitə uymaq bacarığına sahib idi. Məsələn, SSRİ-nin əks kəşfiyyatçıları onu yaxalayanda dərhal lakeycəsinə “sizə xidmət edəcəyim anın gəldiyini görməkdən məmnunam” söyləmişdir.

Sərbəst yaşamına sayılı günlər qaldığını sövq-təbiiliyi ilə duyan Njde can hövlüylə gümanı gələn yerlərdə qaçıb gizlənmək, nəyin bahasına olursa-olsun yaxalanmamaq üçün qapı-qapı dolaşsa da, dünənə qədər ona “milli xilaskar” kimi baxan ermənilər cüzamlı xəstə kimi onu qapılarından qovurdular. “İdeoloq” Njde bu nankorluğa çox əsəbiləşir: “Забыли, все армяне забыли все, что только благодаря моим усилиям их не постигла участь евреев, и четыре года они все только богатели и богатели. Диаспора, ты еще раз заставила меня пережить горечь стыда. Позор тебе! – Yaddan çıxartdılar, bütün ermənilər unutdular ki, yalnız mənim sayəmdə yəhudilərin nəsibi onların başına gəlmədi və bu dörd ildə onlar ancaq zənginləşdikcə zənginləşdilər. Ey erməni diasporu, sən bir daha məni xəcalət acısı çəkməyə məcbur etdin. Sənə ayıb olsun” (Bax: Архив Министерство Национальной Безопасности Армении, дело N11278, т. 4).

1944-cü ilin oktyabr ayının 12-də SSRİ-nin “SMERŞ” (Смерть шпионам! – Casuslara ölüm!) idarəsinin əməliyyatçıları siçan kimi qaçıb gizlənmiş Njdeni tutdular. Bu dəfə Njde sovet qoşunlarının Bolqarıstandakı komandanı general Tolbuxinə ərizə yazaraq bütün şüurlu həyatını Nuru Paşanın və Müsavat Azərbaycanına həsr etdiyini, döyüşlərdə həmişə, hətta türk və tatarlara qarşı da (!) insan olaraq qaldığı ilə öyünərək SSRİ-nin Türkiyəyə qarşı gələcək fəaliyyətində öz xidmətini təklif etmişdir. Njde müxtəlif orqanlara yazaraq bildirmişdir ki, o, istəsəymiş asanlıqla Sofiyadan İsveçrəyə gedə bilərmiş, lakin Türkiyəyə olan nifrəti, qisas almaq tutqusu ölüm riskinə üstün gəlmiş və ancaq buna görə də səbirsizliklə sovet qoşunlarının gəlməsini gözləmişdir: “В 1944 г. я остался, чтобы предложить командованию Красной Армии мои силы и возможности для борьбы против Турции. Тогда вся болгарская общественность ждала, что русские, пользуясь своей победой, займут Константинополь и Дарданеллы – 1944-cü ildə mən qaldım ki, Türkiyəyə qarşı mübarizədə öz güc və imkanlarımı Qızıl Ordu komandanlığına təklif edim. O zaman bütün bolqar ictimaiyyəti gözləyirdi ki, ruslar öz qələbələrindən yararlanaraq İstanbul və Çanakkalanı tutacaqlar.” (Bax: Закрытое. Председателю Президиума Верховного Совета ССР Гражданину К. Е. Ворошилову от з/к Тер-Арутюняна Г. Егишевича).

“Как военный, я не профессионал, а патриот-революционер. А потому, к рукоятке меча я прикладывался только тогда, когда была возможность нанести удар Турции, существование которой – считал и продолжаю считать злом – Hərbçi kimi, mən peşəkar deyil, vətənpərvər inqilabçıyam. Ona görə də əlimi qılıncımın qəbzəsinə yalnız o zaman aparmışam ki, mövcudluğunu fəlakət saydığım və hələ də belə hesab etdiyim Türkiyəyə zərbə endirmək imkanı olsun” (Bax: Гарегин Нжде и КГБ, s. 145).

jde qaregin1111

1944-cü ilin noyabr ayının 2-də Sofiyadan Moskvaya gətirilən Njde SSRİ Dövlət Təhlükəsizliyi naziri, general-polkovnik V.S.Abakumovun göstərişi ilə 15 noyabr 1946-cı ildə əlavə istintaq üçün İrəvana etap edilmişdi. Njde “sizi almanlarlarla işbirliyinə sövq edən amil nə idi?” sualına belə cavab vermişdi: “Oни предлагали армянам сотрудничать с ними на антитурецком фронте. Именно поэтому и наши переговоры в Берлине имели место на антитурецкой почве – Onlar (almanlar) ermənilərə antitürk cəbhəsində əməkdaşlıq təklif etdilər. Məhz buna görə Berlindəki görüşmələrimiz də antitürk zəminində olurdu” (Bax: Протокол допроса задержанного Тер-Арутюняна Гарегина от 22-го марта 1947г.).

Ermənistan MTN naziri, polkovnik Krımyan 4 yanvar 1947-ci ildə Moskvaya xüsusi raport-təkliflə müraciət etmişdi: “Тер-Арутюнян предлагает свои услуги в деле создания в армянских колониях заграницей массовой организации с задачей борьбы за отторжение армянских земель в Турции и воссоединение их с Советской Арменией. Для выполнения этой задачи Тер-Арутюнян просит передать его как болгарского подданого болгарскому правительству, где создаст условия для развёртывания работы – Ter Arutyunyan Türkiyədəki erməni torpaqlarının geri alınması və onların Sovet Ermənistanı ilə birləşdirilməsi uğrunda mübarizə aparmaq işində xaricdəki erməni koloniyalarında kütləvi təşkilatların yaradılmasında öz xidmətlərini təklif edir. Bu vəzifəni gerçəkləşdirmək üçün Ter Arutyunyan bir bolqar təbəəsi kimi onun bolqar hökumətinə verilməsini xahiş edir ki, orada bu işin genişləndirilməsinə şərait yaratsın.”

Sənədlər təsdiq edir ki, 1946-1947-ci illərdə SSRİ rəhbərliyinin Türkiyəyə hücum etmək barədə ciddi niyyətləri olmuşdur. O illərdə sovet hökuməti Türkiyəyə 2 dəfə nota da vermiş, Türkiyənin şərq bölgəsinin bir hissəsinin Ermənistan və Gürcüstana aid olan ərazilər olduğunu dilə gətirmişdir. ABŞ Prezidenti H.Trumenin 1948-ci ildəki “ABŞ üçün sərhəd – dost bildiyi Türkiyənin sərhədlərindən başlayır” sözləri SSRİ rəhbərliyini bu sərsəm və avantürist ideyadan çəkindirmiş və SSRİ 30 may 1950-ci ildə verdiyi notada Türkiyədən bir daha ərazi iddiası olmayacağını bəyan etmişdir (Bax: Present at the creation: my years in the State Department”, Dean Acheson, pp. 199–200).

Njdeyə olan hüsn-rəğbətini büruzə verən Ermənistanın xüsusi xidmət idarəsinin o zamankı şefi Moskvanı inandırmağa çalışmışdır ki, Njdenin milliyyətçi ermənilər arasında olan böyük nüfuzunu, əks-kəşfiyyatın “xarici bürosuna” olan müxalif mövqeyin azaldılması perspektivini nəzərə alaraq, onu, doğrudan da, Bolqarıstana göndərmək faydalı olar. Lakin erməni Krımyanın Njde haqqında “cahanşümul” ideyası Moskvaya qətiyyən ağlabatan görünmədi və Moskva heç Njdeni buraxmaq fikrində də deyildi. Beynəlxalq Nürnberq məhkəməsinin faşistlər haqqındakı qərarına qarşı gəlmək siyasi intihar olardı. Ermənistan MTN şefi istər-istəməz Njdeni İrəvandan təkrar Moskvaya, Vladimir həbsxanasına yola salır. Bu zaman onun əmri ilə Njdeni İrəvan küçələri ilə gəzdirirlər ki, o, İrəvanda olan dəyişiklikləri görə bilsin. Njdenin sözlərinə görə, o, İrəvana etap ediləndə Ermənistan xüsusi xidmət orqanlarının istəyi ilə Türkiyə əleyhində layihələr hazırlayıb: “По просьбе МГБ Армении мною были приготовлены несколько проектов антитурецкой деятельности – Ermənistan MTN istəyi ilə bir neçə antitürk layihəsi hazırladım.” (Bax: http://www.bvahan. com/armenianway/aw/Njdeh_KGB/Part08.html).

İkinci Dünya Müharibəsindən sonra – 1947-ci ildə SSRİ-də ölüm hökmü ləğv edildiyindən özünü “vətənpərvər inqilabçı” adlandıran Njdeni SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası 24 aprel 1948-ci ildə o zamankı Cinayət Məcəlləsinin 58-ci maddəsinin 4-cü və 6-cı, habelə RSFSR Cinayət Məcəlləsinin 58-ci maddəsinin 2-ci bəndi ilə (SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti və casusluq) ittiham edərək barəsində 25 il həbs cəzası hökmü çıxartdı. Məhkəmənin gedişində inkarolunmaz faktlarla sübuta yetirilmişdi ki, Njde və onun göstərişi ilə hərəkət edənlər SSRİ ilə Türkiyə və İran arasında nifaq salmaq üçün çox sayda təxribatçı işlər görmüş, SSRİ-ni hər vəchlə Türkiyəyə hücuma keçməyə təhrik etməyə çalışmışlar.

Njde həbs edildikdən sonra dəfələrlə müxtəlif instansiyalara ərizələr yazmış, haqqında çıxarılmış məhkəmə hökmünün ədalətsizliyindən, pis və dözülməz şəraitdə saxlanılmasından, onun bu aqibətinə türklərin sevinməsindən şikayətlənmiş, əfv ediləcəyi təqdirdə xarüqələr yaradacağı haqqında çoxsaylı müraciətlər etmişdir. Görünür, nüfuzlu vəzifələrdə işləyən havadarları ona məsləhət görmüşlər ki, SSRİ-də dəyişikliklər baş verib, İ.V. Stalin vəfat edib, L.P.Beriya öldürülüb, V.S.Abakumov güllələnib, P.A.Sudoplatov həbs olunub, yaxşı fürsət düşüb, sən yaz, biz də sənin repressiya qurbanı olduğunu təsdiq etdirərik, sən də çıxarsan həbsxanadan. Culfa, Bakı, Kuybışev, Rostov, Saratov, Daşkənd, İrəvan, Peterburq, Moskvdakı Lubyanka, Lefortovo, Krasnaya Presnya, Vladimir sentralı həbsxanalarında yatan Njdenin vərəm və hipertoniya xəstəliyi bəhanəsilə də sərbəst buraxılması girişimləri göstərilmişdir.

Bir müddət Daşkənd cəza müəssisəsinin qapalı xəstəxanasında da müalicə alan Njde heç cür azadlığa çıxa bilmir. Məlum lobbiçilərin işi nəzərdə tutulduğu kimi getmir. 7 fevral 1955-ci ildə SSRİ Ali Məhkəməsi Njdenin P-242804 nömrəli iş üzrə barəsində çıxartdığı qərarın dəyişdirilməsi və işə yenidən baxılması haqqında xahişini rədd edir (Bax: Выписка из протокола N40 от 7-го февраля 1955г.). 21 dekabr 1955-ci ildə Njde Qaragin Vladimir sentralında canını tapşırır. Deyilənlərə görə Njde Naxçıvandan götürdüyü bir ovuc torpağı və Araz çayı sahilində vurduğu bəbirin dərisini hər zaman özü ilə gəzdirərmiş. Hətta V.P. Kuzmenko adlı bər məhbus şair bu göyərçin cildinə girmiş kərkəsə utanmaz-utanmaz bir “şeir” də yazıb:
С землей мешочек видел я / У старика в тюрьме,
Его он с воли нёс сюда,/ Как часть страны своей.
Bir kisə torpaq gördüm türmədə bir qocada
Yurdunun bir parçasın gətirmiş azadlıqdan.

Vladimir həbsxanasına aid olan ərazidə gömülən Njdenin cəsədinin qalıqlarının bir hissəsini ermənilər 31 avqust 1981-ci ildə məxfi şəkildə İrəvana gətiriblər. Onun sağ əlinin qalıqlarını isə Qafanın 10 km-liyində yərləşən Xustup adlandırılan dağın yamacında basdırıblar. Ermənilərin ağızdolusu “hay məts zoravar”- “böyük erməni generalı” adlandırdıqları sərgərdan Njdenin adı kimi goru da sərgərdandır. Ona aid fraqmentlər hələlik üç dəfə basdırılmışdır.

kərkəs-768x614

Erməni kütləvi informasiya vasitələri bütün gücləri ilə nəhəng təbliğat maşınlarını işə salaraq erməni və dünya ictimaiyyətinə öz adamlarını nəhəng xilaskarlar, sülh və ədalət keşikçiləri, dünya tarixinin ən qədim nümayəndələri, ən əzabkeş millət kimi göstərdikləri zamanda, erməni zənginlərinin bu sahəyə əsirgəmədən pul, sərvət dağıtdıqları məqamda bizim başımız milli şüuru yüksəltmək əvəzinə, bədii dəyəri olmayan və tez-tez də sıxıcı teklam rolikləri ilə müşayiət olunan mənasız şou proqramlarına, istehza doğuran “tragikomik” konfliktlərin studiya məkanında həllinə yönəlib. Zənginlərimiz isə pullarını milli tariximizi, mədəniyyətimizi, dəyərlərimizi öyrətmək və yaymaqdan daha önəmli hesab etdikləri başqa sahələrdə xərcləməyi üstün tuturlar. Nəticədə, dünənindən xəbəri olmayan, olub-bitənlərə biganə qalan, milli idrakdan məhrum minlərcə soydaşımız yaranır. Ona görə də bədxahlarımız keçəl kərkəsi dünya ictimaiyyətinə bəyaz göyərçin şəklində göstərməyə çalışırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*