Göygöldə qəzaya düşənlər bu universitetin tələbələri olubbackend

Göygöldə qəzaya düşənlər bu universitetin tələbələri olub

Xəbər verdiyimiz kimi, Göygöl rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, “Opel” markalı avtomobil VAZ-2115 markalı maşın toqquşub. Nəticədə 2006-cı il təvəllüdlü Fariz Məhərrəmov, 1984-cü il təvəllüdlü Xəyal Rzayev və 2006-cı il təvəllüdlü Heydər Hüseynov xəsarət alıb, 2006-cı il təvəllüdlü sərnişin Ramal Qurbanzadə isə aldığı xəsarətdən dünyasını dəyişib.

Fariz Məhərrəmov və Heydər Hüseynov, eləcə də qəza nəticəsində dünyasını dəyişən Ramal Qurbanzadə Gəncə Dövlət Aqrar Universitetin tələbələri olub.

Fariz Məhərrəmov Gəncə Dövlət Aqrar Universitetinin Şərabçılıq fakültəsinin, Heydər Hüseynov isə Qida mühəndisliyi fakültəsinin tələbləri olublar./Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*