“Gözətçi Ağadadaşı yerə yıxaraq möhkəm döydü” – ŞAHİD DANIŞDIbackend

“Gözətçi Ağadadaşı yerə yıxaraq möhkəm döydü” – ŞAHİD DANIŞDI

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentlə bağlı bəzi iddialar irəli sürülüb.

KONKRET.az xəbər verir ki. bu barədə jurnalist Məhəmmədəli Qəribli məlumat yayıb.

O bildirib ki, Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən hadisənin canlı şahidi olan adamla danışıb:

“Hadisə belə olub: Ağadadaş Ağayev “MedEra” adlı xəstəxananın lap yaxınlığında yaşayır. O, bir neçə gün əvvəl qulağından əməliyyat olunub. Həyətinin qapısını açıb “Medera”nın gözətçisinə deyib ki, oradan bir tibb bacısı çağır, gəlib mənim qulağıma baxsın. Gözətçi deyib ki, mən niyə çağırıram, get, özün çağır. Aralarında yaranan mübahisə davaya çevrilib. Gözətçi Ağadadaşı yerə yıxaraq möhkəm döyüb. Hadisə şahidi deyir ki, onlar bir neçə adamla zorla Ağadadaşı mühafizəçinin əlindən ala biliblər.

Sonra Xalq artisti evdən baltanı götürüb və onu döyən mühafizəçinin arxasınca qaçıb. Baltanı atanda başqa bir adama dəyib. Görün, “Medera”nın işçiləri nə dərəcədə harınlayıb ki, küçənin ortasında Xalq artistini döyür. Bir xəstəxananın həkimləri səhv müalicəyə görə gündə bir xəstəni öldürürsə, oranın mühafizəçisindən bundan artıq nə gözləyəsən?”

Qeyd edək ki, A.Ağayevin mühafizəçiyə tulladığı balta orada işləyən xanım Paşayevanın ayağına dəyib.

Orxan Həsənli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*