Astroloqlar bəzi bürclərin son aylarda yaşadıqları maliyyə çətinliklərinin fevral ayında azalacağını bildiriblər.
KONKRET.az xəbər verir ki, xüsusilə Qoç, Buğa, Xərçəng, Oğlaq və Dolça bürclərinin bu dövrdə daha yüksək qazanc və karyera uğurları əldə edəcəyi vurğulanır.
Qoç bürcləri iş həyatında əldə edəcəkləri uğurlar sayəsində gəlirlərini artıra bilər. Yeni iş təklifləri, vəzifə yüksəlişi və ya əlavə məsuliyyətlər onların maliyyə vəziyyətini yaxşılaşdıracaq. Uzun müddətdir eyni işdə çalışanlar isə daha sərfəli təkliflərlə qarşılaşa bilərlər.
Buğa bürcləri investisiya sahəsində uğur əldə edə bilər. Xüsusilə əmlak, fond bazarı və digər maliyyə alətlərinə qoyulan sərmayələrdə müsbət nəticələr gözlənilir. Ancaq mütəxəssis tövsiyələrinə əməl edərək ehtiyatlı olmaq tövsiyə edilir.
Xərçəng bürcləri ailə dəstəyi ilə maliyyə sabitliyi tapa bilər. Eyni zamanda, yeni işə başlamaq və ya hazırkı işdə yüksəlməklə gəlirlərini artırmaq şansı əldə edə bilərlər.
Oğlaq bürcləri karyera yüksəlişi və ya yeni iş təklifləri ilə fevralda maddi vəziyyətlərini yaxşılaşdıra bilər. Bu dəyişikliklər onların həm qazancını artıracaq, həm də professional bacarıqlarını inkişaf etdirəcək.
Dolça bürcləri yeni layihələrə başlamaq üçün doğru zamanı dəyərləndirə bilərlər. Bu layihələr onlara mühüm maliyyə qazancı gətirə bilər. Mövcud işgüzar tərəfdaşlıqların güclənməsi də gəlirlərinə müsbət təsir edəcək./milliaz