GPS-lə həyat yoldaşını izlədi və…backend

GPS-lə həyat yoldaşını izlədi və...

İsraildə bir ailə boşanması qalmaqalı yeni səviyyəyə keçib.

KONKRET.az xəbər verir ki,  kişi həyat yoldaşının hərəkətlərini izləmək üçün onun avtomobilinə GPS cihazı bağlayıb.

Bu hekayənin yüksək texnologiyaların tətbiqi ilə necə başa çatdığı barədə yerli “Mynet” saytı yazıb.

Mənbə bildirir ki, Rehovotda 4 övladı olan ər-arvad yaşayırdı. Bir vaxtdan sonra ailədə münasibətlər pozulub və cütlük boşanma üçün məhkəməyə müraciət edib.

Bir neçə ay əvvəl kişi evdən çıxıb.

Həyat yoldaşları arasındakı çox pis münasibətlər zəminində arvad ərinin uşaqlarına yaxınlaşmasına qadağa qoyulması tələbi ilə səlahiyyətlilərə şikayətini bildirib.

Ancaq kişi qərara gəlib ki, keçmiş evində nə baş verdiyini bilməlidir. Bu səbəbdən o, keçmiş arvadının avtoparkda dayanan avtomobilinə səhər tezdən bir GPS cihazı bağlayıb və fərq etməyəcəyinə ümid edərək səssizcə ayrılıb. Və o, bir müddət yoldaşının hara getdiyi haqda informasiyaları əldə edib. Ancaq həyat yoldaşı avtomobilin altına quraşdırılmış izləmə cihazını görüb və polisə şikayət edib.

Kişi qadının şəxsi həyatına toxunmaqda, ona təcavüz etməkdə və uşaqlarına yaxınlaşmaq qadağasını pozmaqda ittiham olunur.

Məxfiliyin qorunması haqqında qanuna görə, onu 5 il həbs cəzası gözləyir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*