Cənub bölgəsində güclü külək əsməyə başlayıb. Rayonların əksər əraziləri işıqsızdır.
KONKRET.az xəbər verir ki, artıq 1 saatdan çoxdur cənub rayonlarında güclü külək əsməyə başlayıb. Qəfil başlayan külək səbəbindən rayonların əksər ərazilərində elektrik enerjisinin verilməsi dayandırılıb.
Hazırda bölgədə küləkli hava şəraiti davam edir və küləyin sürəti saatda 20-28 km arasında dəyişir.