Güclü külək Mingəçevirdə ağacları yollara aşırdı.
KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, əsasən günorta saatlarından etibarən güclənən külək şəhərin bir sıra istiqamətlərində ağacları tam və ya qismən yollara aşırıb.
Küləyin fəsadları əsasən M.Maqomayev prospektinin sonundakı yol dairəsində, Üzeyir Hacıbəyov küçəsində, 20 yanvar küçəsində yerləşən məhəllə daxili ərazidə və digər istiqamətlərdə daha çox müşahidə olunub.
Təsərrüfat müəssisələrinin əməkdaşları təbiət hadisələrinin həmən ardınca küçə, prospekt və digər keçidlərin yıxılan ağaclardan təmizlənib hərəkət üçün uyğun hala salınması üçün işə başlayıb.
Ehtiram Muradov,
KONKRET.az