Güclü külək: SOCAR bu işləri məhdudlaşdırdıbackend

Güclü külək: SOCAR bu işləri məhdudlaşdırdı

Avqustun 21-22-də Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli, qeyri-sabit hava şəraiti ilə əlaqədar Azərbayacan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Azneft”dən məlumat verilib.

Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

Bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət nəzarət altındadır.

Xatırladaq ki, avqustun 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*