Yaponiyada son günlər yağan güclü qar 17 nəfərin ölümünə, daha 93 nəfərin yaralanmasına səbəb olub.
KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilib ki, Yaponiyanın şimalında güclü qarın yağması nəticəsində təyyarə və qatar reysləri ləğv edilib, yüzlərlə avtomobil yollarda qalıb.
Sinoptiklərin məlumatına görə, Yaponiyanın şimal-şərqində normadan 3 dəfə çox qar yağıb. Hokkaydo adasında 20 minə yaxın evi işıqsız qalıb.
İqbal Rzayev,
KONKRET.az