Sürüşmə zonasından ailələr təxliyə olundu – YENİLƏNİBbackend

Sürüşmə zonasından ailələr təxliyə olundu - YENİLƏNİB

İsmayıllı Rayon Fövqəladə Hallar Komissiyası Qoydan kəndində olub.

KONKRET.az xəbər verir ki, problemin operativ həlli üçün aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib.

Sürüşmə zonasında iki fərdi yaşayış evinə təhlükə yarandığı üçün iki ailənin köçürülməsi artıq təmin edilib. Onlar eyni kəndə yaşayan qohumlarının evində müvəqqəti yerləşdirilib.

Kənddaxili yollarda hərəkətin bərpası, eləcə də kəndlə rayon mərkəzini birləşdirən avtomobil yollarında nəqliyyatın maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib.

11:38

Bir neçə gündür yağan güclü leysan yağışları İsmayıllının bəzi kəndlərində problemlər yaradıb.

KONKRET.az-ın xəbər verir ki, aramsız yağıntı səbəbindən rayonun Qoydan kəndində torpaq sürüşməsi baş verib.

İsmayıllı rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Namiq Kərimov APA-ya bildirilib ki, aidiyyəti qurumlar bununla bağlı məlumatlandırılıb. Əraziyə mütəxəssislər tərəfindən baxış keçirilib, akt tərtib olunub. (Apa)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*