“Gücünüzü göstərsəz, bəlkə güzəştə gedə bilərik”- deyən Koçaryana tutarlı cavab: “Gücünüz qalıbsa göstərin”…backend

“Gücünüzü göstərsəz, bəlkə güzəştə gedə bilərik”- deyən Koçaryana tutarlı cavab: “Gücünüz qalıbsa, göstərin”...

“Azərbaycan torpaqları işğal altında olduğu illərdə jurnalist kimi beynəlxalq təşkilatların xətti ilə iki dəfə İrəvanda oldum. Keçmiş prezident Robert Koçaryan, Serj Sarkisyan (o zaman daxili işlər və milli təhlükəsizlik naziri idi) və elə o zaman da müxalifətdə olan Vazgen Manukyandan müsahibələr aldım”.

KONKRET.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. Politoloq həmin vaxt yaşanan dialoqu belə nəql edib: “Münaqişə ilə bağlı suallarıma təxminən belə cavab verdilər ki, Şuşanı, Laçını və Dağlıq Qarabağ ətrafındakı digər bölgələri Azərbaycana qaytara bilməzlər. Çünki “qan töküblər”. Robert Koçaryan isə verdiyim çoxsaylı suallardan bezərək sonda minnətlə  belə dedi: “Gücünüzü göstərsəz, bəlkə güzəştə gedə bilərik”.

Картинки по запросу "white-collar worker"

“Bu cavabın üstündən 22 il keçdikdən sonra gücümüzü göstərdik və torpaqlarımızı azad etdik, qarşıda başqa hədəflərimiz də var. Ağır məğlubiyyətdən sonra həmin Koçaryan, Sarkisyan və Manukyan müsahibələrdə və mitinqlərdə ağız-ağıza verib geri qayıdış haqqında nağıl danışırlar. Nəticə isə göz qabağındadır. Vaxtilə Koçaryanın mənə dediyini özünə qaytarmaq istəyirəm: “Gücünüz qalıbsa, göstərin, yoxdursa Rusiyaya nökərliyi davam etdirin!” – deyə Elxan Şahinoğlu fikirlərinə əlavə edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*