Gülər: “Qızışdırıb ortaya atanlar indi Paşinyanı döyüş meydanlarında tək qoyublar”backend

Gülər: "Qızışdırıb ortaya atanlar indi Paşinyanı döyüş meydanlarında tək qoyublar"

“Ermənistanın baş naziri Nikol Paşinyan görməlidir ki, onu qızışdırıb ortaya atanlar indi döyüş meydanlarında tək qoyublar”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

O daha sonra davam edib: “Paşinyan Zəngəzur dəhlizini böhran səbəbi deyil, fürsətə çevirsə, bundan həm Ermənistan, həm də özü qazanacaq”.

Yaşar Gülər vurğulayıb ki, “Ermənistanın verdiyi vədləri yerinə yetirməsi, xüsusən də dəhlizin açılması və bununla bağlı danışıqların davam etdirilməsini təmin etməsi sabitliyin bərqərar olmasının yeganə yoludur.

Əks halda, hər məğlubiyyətdən sonra İrəvan meydanlarını istefa şüarları ilə dolduran qəzəbli kütlə bir gün Paşinyanın süqutuna səbəb ola bilər. Paşinyan İspaniyaya (söhbət oktyabrın 5-də Qranadada keçirilməsi nəzərdə tutulan görüşdən gedir-red.) təhlükəyə məhəl qoymadan gəlməlidir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*