Güləşçimiz dünya ikincisi oldubackend

Güləşçimiz dünya ikincisi oldu

Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.

KONKRET.az xəbər verir ki, yarışın beşinci günündə növbəti medal qazanılıb.

Belə ki, Ruzanna Məmmədova (62 kiloqram) finalda çinli Yanqjen Yanqjenlə qarşılaşıb. İlk hissəni hücum üslubundan keçirən həmyerlimiz 6:0 hesablı üstünlük əldə edib. Ancaq fasilədən sonra rəqib geridönüş etməyi bacarıb.

Yekunda sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olan Məmmədova gümüş medalı qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*