Gültəkin Hacıbəyli ölkədən qaçdı?backend

Gültəkin Hacıbəyli ölkədən qaçdı? 

  1. Son günlər medianın əsas gündəmi Ramiz Mehdiyevin cinayət işi və onun ətrafında baş verən hadisələrdir.

Dünən media Ramiz Mehdiyevlə əlaqəli olan daha iki şəxsin adını açıqladı.

Söhbət  AXCP sədri Əli Kərimli və müxalifət düşərgəsində yer alan keçmiş deputat Gültəkin Hacıbəylidən gedir.

KONKRET.az xəbər verir ki, oxu24.com-un özəl mənbədən əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev ətrafında baş verən hadisələrdən sonra Gültəkin Hacıbəyli ölkədən qaçıb.

Mənbənin verdiyi məlumatda bildirilir ki, o, Türkiyəyə gedib. Həmçinin qeyd olunub ki, Gültəkin Hacıbəyli Ramiz Mehdiyevin həbsi xəbəri yayılarkən gecə ilə tələm-tələsik Bakını tərk edib.

Hələ ki, Gültəkin Hacıbəyli ilə əlaqə saxlamaq mümkün olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*