Comex” birjasında 2025-ci ilin sentyabrında tədarükü üçün nəzərdə tutulan gümüş fyuçerslərinin qiyməti ticarət məlumatlarına əsasən, 21 sentyabr 2011-ci ildən bəri ilk dəfə 39 dolları ötüb.
KONKRT.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, axşam saatlarında qiymətli metalın qiyməti bir troya unsiyası üçün 39,01 dollar (+4,57%) təşkil edib.
Eyni zamanda, 2025-ci ilin avqustunda çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti 0,75% artaraq 1 troy unsiyası üçün 3 369,8 dollar olub.