Gündəlik iş vaxtı 4 saat, həftəlik 20 saat müəyyən edilsin – PETİSİYAbackend

Gündəlik iş vaxtı 4 saat, həftəlik 20 saat müəyyən edilsin - PETİSİYA

Rəşad Əhmədzadə, ekspert

8 saatlıq iş yeri iki növbəyə bölünür və işsizlik problemi kütləvi qaydada həll olunur

Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il tarixli Konstitusiyasının 37-ci və 1 fevral 1999-cu il Əmək Məcəlləsinin 89.2-89.3-cü maddələrinə əsasən, iş vaxtı gündəlik ən çox 8 saat, həftəlik 40 saat müəyyən edilib. Bu isə bütövlükdə Konstitusiyamızın 35-ci maddəsinin müddəalarına ziddir. Digər tərəfdən, elm və texnikanın inkişafı faydalı iş əmsalının artmasına kifayət qədər şərait yaratdığından insanların lüzumsuz vaxt itkisinə məcburi təhrik edilməsi ədalət prinsiplərinə qarşıdır.

Yuxarıda göstərilənləri nəzərə alaraq təklif edirik: Azərbaycan Respublikasının bütün ərazilərində gündəlik iş vaxtı ən çox 4 saat, həftəlik 20 saat müəyyən edilsin. Digər iş grafikləri bu rejimə əsasən uyğunlaşdırılsın.

Məqsəd: İş vaxtının 2 dəfə qısaldılması iqtisadiyyatın 3 dəfədən çox artımına səbəb ola bilər. Bunlar əsasən aşağıdakılardır:

  • İşçinin iş yerində boş vaxt itkisi olmur. Həmin vaxtı digər qabiliyyətlərinin reallaşmasına yönəldir və nəticədə yeni iqtisadi fəaliyyət yaranır;
  • 8 saatlıq iş yeri iki növbəyə bölünür və işsizlik problemi kütləvi qaydada həll olunur;
  • Əhali daha çox gəlir əldə etdiyindən daha çox xərcləyir və iqtisadiyyatın dinamikası yüksəlir;
  • İşəgötürən üçün biznesi inkişaf etdirmək perspektivləri açılır. İki əməkdaş eyni işi yerinə yetirməklə daha çox xeyr verir. Kvalifikasiyalı işçilərin sayı artır və peşəkar mütəxəssi axtarmaq kimi problemlər həllini tapır.

Bununla bağlı change.org saytında petisiya təşkil edilib.

https://www.change.org/p/az%C9%99rbaycan-rspublikas%C4%B1n%C4%B1n-prezidenti-i%C5%9F-vaxt%C4%B1n%C4%B1n-q%C4%B1sald%C4%B1lmas%C4%B1?recruiter=964081242&utm_source=share_petition&utm_medium=facebook&utm_campaign=share_petition&recruited_by_id=32877ea0-7d5a-11e9-a742-45ca564e3502&utm_content=starter_fb_share_content_ru-ru%3Av6&fbclid=IwAR0iidkD-JckOy0_CFYBaKqJ0KEN7mFhRiriEeex208xo1nNIm65_ooYtXA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*