Günəşdə M sinfinə aid güclü partlayış qeydə alınıb. Maraqlıdır, M sinifli partlayışlar geomaqnit qasırğalara səbəb ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov bildirib ki, Maqnit qasırğası, Günəşdə müntəzəm alovlar və partlayışlar nəticəsində yaranan bir hadisədir. O, müxtəlif istiqamətlərdə, o cümlədən Yerə doğru sürətlə hərəkət edən yüklü hissəciklərdən (protonlar və elektronlardan) ibarətdir.
“Maqnit qasırğalarını ayırd etmək üçün K-indeksləri kimi tanınan güc səviyyəsi indeksindən istifadə edilir. K-indeksinin 1-dən 4-ə qədər olan diapazonunda dalğalanmalar əhəmiyyətsiz hesab olunur. K-indeksi 5-i aşan hər hansı bir maqnit qasırğası qırmızı səviyyəli fırtınalar kimi təsnif edilir. Çünki, K-indeksi 5-i aşan hər hansı bir Maqnit qasırğası Yerin maqnitosferinə çatdıqda atmosfer təzyiqinə təsir edir, buna görə də bəzi meteohəssas insanlarda baş ağrısı, yorğunluq və stress hallarının baş verməsinə və ümumi əhval-ruhiyyənin azalmasına səbəb ola bilir”.
C.Hüseynov qeyd edir ki, bundan əlavə, yüksək səviyyəli maqnit qasırğaları zamanı mobil qüllələr, peyklər, radiotezliklər və GPRS kimi rabitə mənbələrində fasilələr yarana bilər.
“Bu günə olan Günəş aktivliyi K-INDEX 3.7 (aşağı) qiymətləndirilir və yaxın bir neçə gün ərzində də 4-dən aşağı aktivliyin müşahidə ediləcəyi gözlənilir”.
Aynurə İsmayıl
KONKRET.az