Günəşdə güclü partlayış baş veribbackend

Günəşdə güclü partlayış baş verib

Alimlər bu gün Günəşdə “M” sinifli alışma qeydə alıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

“Avqustun 22-də Bakı vaxtı ilə saat 22:51-də rentgen diapazonunda 72 dəqiqə davam edən “M1.7” (S18E87) məşəli qeydə alınıb”, – alimlər bildiriblər. Eyni zamanda, proqnozlara əsasən, avqustun 23-də maqnit sahəsinin sakit keçəcəyi gözlənilir.

Günəş alovları rentgen şüalanma səviyyəsinə görə beş kateqoriyaya bölünür: A, B, C, M və X. Minimum sinif A0.0 Yer orbitində hər kvadrat metrə 10 nanovat olan radiasiya gücünə uyğundur. Növbəti sinfə keçərkən güc 10 dəfə artır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*