Gürcü politoloq: “Ruben Vardanyanın layihəsi tamamilə DAĞILIR”backend

Gürcü politoloq: “Ruben Vardanyanın layihəsi tamamilə DAĞILIR"

“Ruben Vardanyanın layihəsi tamamilə dağılır”.

KONKRET.az xəbər verir ki, bunu gürcü politoloq Gela Vasadze deyib.

“Ruben Vardanyanın layihəsi tamamilə dağılır. O, həm Bakı, həm də İrəvan üçün qəbuledilməzdir. Putinin “pul kisəsi” ilə ünsiyyətdə olan şəxs Rusiyadan qaça bilməz. Vardanyan sadəcə Kremlin əlində alətdir. Və bu vasitədən istifadə edir.

Azərbaycanla Ermənistan arasında müharibədə iki deyil, üç tərəf olub. Ona görə də Rusiya vasitəçi və ya sülhməramlı deyil. Münaqişənin iştirakçısı olan Rusiya bu müharibənin üçüncü tərəfidir. Rusiya özü üçün mübarizə aparır və öz maraqlarını güdür”, – deyə Vasadze bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*