Gürcü səfirin maşınını İrəvanda qarət edən yeniyetmə tutuldu – VİDEObackend

Gürcü səfirin maşınını İrəvanda qarət edən yeniyetmə tutuldu - VİDEO

Biz xəbər vermişdik ki, dekabrın 14-də səhər saatlarında Mərkəzi Polis İdarəsinə diplomatik quruma məxsus “Mersedes”in yan güzgülərinin oğurlanması barədə məlumat daxil olmuşdu. Erməni mediası avtomobilin Gürcüstanın ölkədəki səfirinə məxsus olduğunu qeyd etmişdi.

Bu gün səhər Ermənistan polisinin qarətçini ələ keçirməsi barədə məlumatı yayılıb. KONKRET.az DİN-ə istinadən bildirir ki, əməliyyat tədbirləri nəticəsində polis əməkdaşları şübhəli şəxsi müəyyənləşdirərək həbs ediblər. Cəmi 16 yaşı olan İrəvan vətəndaşı artıq polisə ifadə verib.

Hazırda hadisənin bütün təfərrüatları və şəraiti dəqiqləşdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*