Gürcüstan azərbaycanlıları koronavirus testindən keçiriləcəkbackend

Gürcüstan azərbaycanlıları koronavirus testindən keçiriləcək

Gürcüstanda ilk olaraq azərbaycanlıların yaşadığı Marneuli rayonunun sakinləri koronavirusla bağlı test olunacaqlar.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, Gürcüstan bu gün Çindən koronavirusu sürətlə aşkarlayan testlər əldə edəcək: “İlk növbədə, Marneuli əhalisi bu testlər vasitəsilə yoxlanılacaq. Bu, bizə epidemiya və virusun yayılma dinamikasına müəyyən səviyyədə nəzarət etməyə imkan verəcək”.

Qeyd edək ki, ötən gündən Marneulidə ciddi karantin rejimi qüvvədədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*