Gürcüstan DTX rəhbəri istefa verdibackend

Gürcüstan DTX rəhbəri istefa verdi

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Anri Oxanaşvili istefa verib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə o, feysbukda yazıb.

“İctimaiyyətin nəzərinə çatdırmaq istərdim ki, hakim komanda ilə məsləhətləşmələr əsasında Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini tərk edərək, Gürcüstan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini icra etməyə qərar verdim”, – deyə məlumatda bildirilir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib ki, hakim “Gürcü arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri olacaq. Gürcüstan Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, onun namizədliyi parlamentə təqdim olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*