Gürcüstan hökuməti azərbaycanlılar yaşayan bölgələrdə sosial layihələr həyata keçirəcəkbackend

Gürcüstan hökuməti azərbaycanlılar yaşayan bölgələrdə sosial layihələr həyata keçirəcək

Gürcüstan hökuməti azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Bolnisi rayonlarının su təminatı və kanalizasiya sistemi ilə bağlı layihələr həyata keçirir.

KONKRET.AZ AzərTac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, nazirliyin və aidiyyəti qurumların nümayəndələri bu gün Marneuli və Bolnisidə olub, layihələrin icra vəziyyəti və görülən işlərlə maraqlanıblar.

Bildirilib ki, tikinti işlərini Azərbaycanın “Akelik Group” şirkəti həyata keçirir. Layihə üzrə işlərin 2021-ci ilin yazında başa çatdırılması nəzərdə tutulub. Layihə başa çatdıqdan sonra Marneuli şəhəri və rayonun Tsereteli, Saimerlo, Böyük Bəylər, Kiçik Bəylər və Qızılhacılı kəndləri sabit içməli su ilə təchiz olunacaq.

Qurulacaq kanalizasiya sistemindən isə Marneuli, Bolnisi rayonları və Qızılhacılı kəndinin, ümumilikdə, 37 minə yaxın sakini istifadə edə biləcək.

Layihənin reallaşdırılmasına Asiya İnkişaf Bankı 150 milyon lari həcmində vəsait ayırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*