Gürcüstan Müdafiə Nazirliyi hərbçilərə Quran payladıbackend

Gürcüstan Müdafiə Nazirliyi hərbçilərə Quran payladı 

Gürcüstan Müdafiə Nazirliyi (MN) müsəlman hərbçilərə kiçik ölçülü “Qurani-Kərim” paylayıb.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Gürcüstan MN məlumat yayıb.

Bildirilib ki, nazirliyin təşəbbüsü ilə çap edilən kiçik ölçülü kitablar ərazi şərtlərinə uyğun olaraq kompakt və elastik hazırlanıb, hərbi kamuflyajla üzlənib.

Kitablar Senakidə yerləşən 2-ci Piyada Briqadasındakı hərbçilərə paylanılıb.

Mərasimdə Qərbi Gürcüstanın müftisi Adam Şantadze də iştirak edib. O, hərbçiləri qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*