Gürcüstan parlamentində bu dəyişikliklər təsdiqləndibackend

Gürcüstan parlamentində bu dəyişikliklər təsdiqləndi

Gürcüstan parlamentində Seçki Məcəlləsinə edilən dəyişikliklər təsdiqlənib.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Bildirilib ki, layihə “Gürcü arzusu” deputatlarının təşəbbüsü ilə qəbul edilib.

Belə ki, dəyişiklik Mərkəzi Seçki Komissiyasının iclasında MSK-nın tam tərkibinin azı üçdə ikisinin dəstəyi ilə keçirilən səsvermənin nəticələrinə əsasən qəbul edilməli olan qərarlara aiddir.

Yəni, MSK səslərin azı üçdə ikisinin dəstəyi ilə qərar qəbul edə bilmədikdə, səsvermə yenidən keçiriləcək.

Bildirilib ki, sözügedən dəyişikliklər MSK-nn fəaliyyətindəki pozuntuların qarşısını almağa kömək edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*