Gürcüstan prezidenti mübahisəli qanun layihəsini bloklayacaqbackend

Gürcüstan prezidenti mübahisəli qanun layihəsini bloklayacaq

Gürcüstan prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə veto qoyacaq.

KONKRET.az xəbər verir ki, bu barədə prezidentin parlament katibi Giorgi Msxiladze məlumat verib.

“Prezident, əlbəttə ki, konstitusion hüququndan istifadə edəcək və bu qanuna veto qoyacaq”, – deyə Msxiladze jurnalistlərə bildirib.

Qeyd edək ki, aprelin 8-də parlamentin bürosu hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının təşəbbüsü ilə “Xarici agentlər haqqında” qanun layihəsini qeydə alıb.

Qanun layihəsi fiziki şəxslərə deyil, gəlirlərinin 20%-dən çoxu xaricdən gələn qeyri-kommersiya hüquqi şəxslərə və KİV-lərə şamil edilir.

Belə təşkilatlar hər ilin yanvar ayında Ədliyyə Nazirliyinə gəlir və xərclər haqqında bəyannamə təqdim etməlidirlər. Bu öhdəliyi yerinə yetirməsələr, həmin qurumlar 25 min lari (təxminən 9,3 min dollar) məbləğində cərimələnəcək. Cərimədən sonra belə bəyannamə təqdim edilməzsə, bəyannamənin vaxtı keçmiş hər ay üçün 20 min lari (təxminən 7,4 min dollar) tutulacaq.

Gürcüstanın Ədliyyə Nazirliyinin nəzdində xaricdən maliyyələşən təşkilatların xüsusi reyestri də yaradılacaq. Xatırladaq ki, Gürcüstan parlamenti qarşısında xarici agentlər haqqında qanunun qəbuluna etiraz olaraq aksiya keçirilmişdi.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*