Gürcüstan prezidenti rusların axınından narazıdır: “Özlərini evdəki kimi aparırlar”backend

Gürcüstan prezidenti rusların axınından narazıdır: “Özlərini evdəki kimi aparırlar

“Ukraynada müharibə başlayandan bəri 100 minə yaxın rus Gürcüstanda məskunlaşıb və ölkədə biznes qurmanın asanlığından istifadə edərək iqtisadi həyatda fəal iştirak edirlər”.

KONKRET.az xəbər verir ki, bunu Fransada işgüzar səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili “Radio France International”a müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkə əhalisi rusların Gürcüstan mədəniyyətinə inteqrasiyaya maraq göstərməməsindən narahatdır.

Salome Zurabişvili, bildirib ki, ölkədə məskunlaşan ruslar özlərini evdəki kimi aparırlar. Prezident sözügedən durumundan narahatlığını da ifadə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*