Gürcüstan prezidenti səfirlərin konfransına dəvət edilmədibackend

Gürcüstan prezidenti səfirlərin konfransına dəvət edilmədi

Gürcüstan prezidenti Salome Zurabişvili diplomatik missiyaların rəhbərlərinin illik görüşünə dəvət edilməyib.

KONKRET.az “Novosti-Georgia”ya istinadən xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb.

Bildirilir ki, “səfirlərin Konfransı 2023, Gürcüstan – Avropa İttifaqına namizəd ölkə” tədbirini Gürcüstanın baş naziri İrakli Qaribaşvili və xarici işlər naziri İlya Darçiaşvili açıblar.

“Bu illik toplantıdır. “Keçən il Gürcüstan prezidenti konfransa dəvət olunmuşdu, lakin o, öz istəyi ilə tədbirə qatılmamışdı. Bugünkü konfransda isə onun iştirakına lüzum görülmədi. Çünki, il boyu Gürcüstanın Aİ-də namizəd statusu əldə etməsi üçün icra hakimiyyəti və parlament orqanları çalışıb”, – deyə İlya Darçiaşvili bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*